AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin Xəzər dənizinin səviyyəsinin azalmasından narahatlığını ifadə edib

  • + A
  • - A
  • Bu gün, 22:43

    Putin Xəzər dənizinin səviyyəsinin azalmasından narahatlığını ifadə edib


    Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşması ilə bağlı mövcud vəziyyəti şərh edib. O, bu prosesin Xəzəryanı ölkələrin hamısını narahat etdiyini vurğulayıb.

    Rusiya Prezidenti Vladimir Putin süni intellekt sahəsində çalışan gənc mütəxəssislərlə görüşündə bildirib ki, Xəzəryanı bütün dövlətlər dənizin səviyyəsinin davamlı şəkildə aşağı düşməsindən narahatdır.

    Rusiya dövlət başçısının sözlərinə görə, Xəzər dənizinin səviyyəsi gah qalxır, gah da azalır. Lakin hazırda azalma tendensiyası daha qabarıq şəkildə müşahidə olunur.

    “Bu, Xəzər regionunun bütün ölkələrində narahatlıq doğurur. Bu, əlbəttə ki, daha qlobal miqyaslı məsələdir, lakin praktiki baxımdan çox vacib və olduqca maraqlıdır”, – deyə Putin bildirib.

    Qeyd edək ki, 2025-ci ildə Xəzər dənizinin səviyyəsi mənfi 29,4 metrə qədər enib. Mənbənin məlumatına görə, bu göstərici 1977-ci ildə qeydə alınmış mənfi 29,0 metrlik tarixi minimumdan da aşağıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR