AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə və ABŞ S-400 məsələsində razılığa gəlməyə hazırlaşır: Ankara F-35 proqramına qayıtmaq istəyir

  • + A
  • - A
  • Bu gün, 20:48

    Türkiyə və ABŞ S-400 məsələsində razılığa gəlməyə hazırlaşır: Ankara F-35 proqramına qayıtmaq istəyir


    Türkiyə və ABŞ Rusiyadan alınmış S-400 zenit-raket komplekslərinin gələcək taleyi ilə bağlı uzun müddətdir davam edən fikir ayrılığını aradan qaldırmağa hazırlaşır. İki ölkənin müdafiə nazirləri məsələni dekabrda keçiriləcək G20 sammitinədək həll etməyə tələsirlər.

    Bloomberg-in yazdığına görə, Türkiyənin müdafiə naziri Yaşar Gülər noyabrın 30-da ABŞ-a səfər edərək amerikalı həmkarı Pit Heqsetlə görüşəcək. Danışıqların əsas mövzusu Ankaranın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin gələcək taleyi olacaq.

    Tərəflər bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüşdən əvvəl həll etməyə çalışırlar. Həmin görüşün dekabrın ortalarında Mayamidə keçiriləcək G20 liderlər sammiti çərçivəsində baş tuta biləcəyi bildirilir.

    Xatırladaq ki, Türkiyə S-400 sistemlərini Rusiyadan aldığına görə ABŞ Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışını dayandırıb. Halbuki Türkiyə bu təyyarələrin hazırlanması proqramında iştirak edən ölkələrdən biri idi.

    Vaşinqtonun narahatlığı ondan ibarətdir ki, NATO müttəfiqi olan Türkiyənin Rusiyanın istehsalı olan hava hücumundan müdafiə sistemlərinə sahib olması F-35 qırıcılarının məxfi texnologiyalarının təhlükəsizliyinə risk yarada bilər.

    Ankara isə ABŞ-la yaranmış bu problemi yanvar ayında demokratların Konqresdə nəzarəti ələ alması ərəfəsində həll etməyə çalışır. Türkiyə hakimiyyətinin hesablamalarına görə, S-400 məsələsində razılığın əldə olunması ölkənin yenidən F-35 proqramına qayıtmasına imkan yarada bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR