AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan Aİ səfirini Xarici İşlər Nazirliyinə çağırdı: Avropa Parlamenti ilə Tbilisi arasında Paata Burçuladze gərginliyi

  • + A
  • - A
  • Bu gün, 20:24

    Gürcüstan Aİ səfirini Xarici İşlər Nazirliyinə çağırdı: Avropa Parlamenti ilə Tbilisi arasında Paata Burçuladze gərginliyi

    Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinskini Avropa Parlamentinin opera müğənnisi Paata Burçuladzenin müdafiəsinə yönəlmiş yeni qətnaməsi ilə əlaqədar nazirliyə çağırıb.

    Gürcüstanın xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili səfirlə görüşündə Avropa Parlamentinin Gürcüstanla bağlı müzakirələrinə və qəbul etdiyi qətnaməyə etirazını bildirib. Onun sözlərinə görə, bu sənəd Gürcüstan haqqında yanlış təsəvvürlərin yayılmasına yönəlmiş növbəti addımdır və Tbilisi ilə Brüssel arasındakı münasibətlərə xələl gətirir.

    Gürcüstan XİN-in 26 noyabr 2026-cı il tarixli açıqlamasında bildirilir ki, görüş zamanı Avropa Parlamentinin qəbul etdiyi qətnamənin ikitərəfli münasibətlərə mənfi təsiri xüsusi vurğulanıb.

    Qeyd edək ki, qətnamədə ötən ilin payızında prezident sarayına hücum cəhdində iştirak ittihamı ilə mühakimə olunan opera müğənnisi Paata Burçuladze barəsində çıxarılmış hökm qanunsuz hesab edilib.

    Tbilisi, həmçinin Brüsseldən qanunsuz saxlanıldığını hesab etdiyi şəxslərin adlarının yer aldığı siyahını təqdim etməyi tələb edib.

    Burçuladze ilə bağlı məsələ Gürcüstan və Avropa İttifaqı arasında siyasi fikir ayrılıqlarının növbəti mübahisə mövzusuna çevrilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR