Gürcüstanda Bolqarıstandan 7 kilo həşiş gətirməyə cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb.

Gürcüstanda Bolqarıstandan 7 kilo həşiş gətirməyə cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb.
Bu barədə “Новости-Грузия” məlumat yayıb.
Məlumata görə, narkotik vasitə Batumi limanındakı gömrük-keçid məntəqəsində avtomobilə baxış zamanı aşkarlanıb. Narkotik vasitələr Bolqarıstandan bərə ilə gələn nəqliyyat vasitələrinin gömrük yoxlanışı zamanı üzə çıxarılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, saxlanılan şəxsin adına qeydiyyatda olan avtomobilə ətraflı baxış zamanı xüsusi düzəldilmiş gizli saxlanc yerində 41 bükümdə ümumilikdə 7 kiloqram həşiş aşkarlanıb.
Narkotik vasitələr maddi sübut kimi götürülüb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-260 və 19-262-ci maddələri üzrə araşdırma aparılır.
Təqsirləndirilən şəxsi 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.