AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oqtay Əsədov və Fəttah Heydərov Milli Məclisə niyə gəlmir? - AÇIQLAMA

  • + A
  • - A
  • 4-06-2020, 10:34

    Oqtay Əsədov və Fəttah Heydərov Milli Məclisə niyə gəlmir? - AÇIQLAMA


    “Deputatlarla bağlı İntizam Komissiyasına heç bir şikayət daxil olmayıb. Hər şey qaydasındadır”.

    Bu fikirləri Modern.az-a Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

    Komissiya sədri yaşı 65-dən yuxarı olan deputatlar Oqtay Əsədov və Fəttah Heydərovun parlamentin iclaslarına qatılmamasına da aydınlıq gətirib:

    “Hesab edirəm ki, indiki şəraitdə bu məsələnin müzakirə edilməsi doğru deyil. Bildiyiniz kimi, ölkəmizdə iyunun 15-dək karantin rejimi uzadılıb. Həmçinin, yaşı 65-dən yuxarı olan insanlara evdən çıxmamaq tövsiyə edilib.

    Ona görə də Oqtay müəllimin və Fəttah müəllimin iclaslara qatılmamasını ümumi qaydalara uyğun qəbul etmək lazımdır. Hətta mən də parlamentin iclasına qatılmaya bilərəm. Burada qəbahət yoxdur. Ölkədə karantin rejimi davam edir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR