AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YPG/YPJ-nin Münbiç başçısı adlandırılan Uman Dərvişi zərərsizləşdirildi - MİT-Son dəqiqə

  • + A
  • - A
  • 19-09-2023, 16:45

    YPG/YPJ-nin Münbiç başçısı adlandırılan Uman Dərvişi zərərsizləşdirildi -


    Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) separatçı terror təşkilatı YPG/YPJ-nin Münbiç başçısı adlandırılan Uman Dərvişi zərərsizləşdirib.

    MİT 1998-ci ildə terror təşkilatı PKK-ya qoşulan Uman Dərvişin Türkiyənin metropoliyalarında aksiyalar törətmək üçün yaradılmış qondarma bölmənin başçılarından biri olduğunu və Suriyadan Türkiyəyə qarşı hərəkatlar planlaşdırdığını müəyyən edib.

    “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları bölgələrində fəaliyyət göstərən və Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyat əmri verən terrorçu Uman Dərviş MİT tərəfindən təqib olunub.

    Suriyanın Münbiç bölgəsində olduğu aşkarlanan terrorçu MİT-in təşkil etdiyi əməliyyatla mühafizəçiləri ilə birlikdə zərərsizləşdirilib. TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR