Pakistanın Bəlucistan əyalətində məscid yaxınlığında Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşan vətəndaşların olduğu ərazidə həyata keçirilən bombalı terror aktı nəticəsində biri polis olmaqla 34 nəfər həyatını itirib, 130-dan çox insan isə yaralanıb.
"Dawn" qəzetində yer alan xəbərə görə, Bəlucistanın Mastunq bölgəsində məscid yaxınlığında insanların toplaşdığı ərazidə bomba işə salınıb.
Partlayışda biri polis olmaqla 34 nəfər ölüb, 130-dan çox adam yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və axtarış-xilasetmə qrupları cəlb olunub.
Səlahiyyətlilər hadisənin kamikadzə hücumu ola biləcəyi ehtimalını nəzərdən keçirir.
Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.