HƏMAS Qəzza zolağında İsrailə aid helikopteri vurub.
Azadmedia.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadasının Teleqram kanalında məlumat yayılıb.
Belə ki, “İzəddin əl-Qəssam Briqadasının döyüşçüləri Əl-Büreyc düşərgəsinin şərqində İsrail helikopterinə “Sam7” raketi buraxıblar. Döyüşçülərimiz təsdiq edir ki, hədəf vurulub”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, İsrail tərəfi hadisə ilə bağlı açıqlama verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.