AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yasamal rayonu Heydər Hüseynov küçəsi əsaslı təmir olunub

  • + A
  • - A
  • 21-10-2021, 15:38


    2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu Heydər Hüseynov küçəsi əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
    292 metr uzunluğa malik Heydər Hüseynov küçəsinin ortalama eni 10 metr təşkil edir.
    Aparılan təmir işləri zamanı küçə boyu köhnə asfalt-beton örtüyü ilə yanaşı, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb. Küçə boyu 2180 kv.m səki tikilib, 586 p/metr səki daşı düzülüb.
    Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
    Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılıb.
    Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 km olan 11 küçədə əsaslı təmir işləri icra olunub.
    Dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Yasamal rayonu ərazisində 15 km-dən çox uzunluğa malik küçə təmir edilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR