Cəlilabad rayonunda sakinlər arasında kütləvi dava olub.
AzadMedia.az xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisindəki əkin sahəsində qeydə alınıb.
Torpaq becərən kəndlilərin suvarma suyunun azlığı səbəbindən bir-birinə güzəştə gedə bilməməsi davaya gətirib çıxarıb.
Əkin sahəsində baş verən kütləvi davada Alar kənd sakinləri – 1991-ci il təvəllüdlü Hüseynov Xalid Hakim oğlu və 1996-cı il təvəllüdlü Balakişiyev Salam Rizvan oğlu döyülüb.
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, sözügedən ərazidə əkinçilər arasında baş verən su problemi sonradan aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.