Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandanın məşqçilər heyətində dəyişiklik edilib.
Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun verdiyi məlumata görə, səbəb kimi yığmanın Tokio-2020 Yay Olimpiya Oyunlarında zəif çıxışı göstərilib.
Ukraynalı baş məşqçi Ruslan Maşurenko, aralarında Elxan Məmmədov, Nazim Hüseynov və Mehman Əzizov da olmaqla, bütün köməkçiləri komandadan göndərilib. Milli komanda müvəqqəti olaraq, üçqat Avropa çempionu Elçin İsmayılova həvalə olunub. İsmayılov həm də gənclərdən ibarət yığmanın baş məşqçisidir.
Qeyd edək ki, cüdo üzrə kişilərdən ibarət yığma Tokio-2020-də tam heyətlə təmsil olunsa da, heç bir medal qazana bilməyib. Yalnız qadın cüdoçu İrina Kindzerska (+78 kq) bürünc medalla kifayətlənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.