AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA-da beynəlxalq əlaqələr üzrə fəaliyyətə həsr edilmiş iclas keçirilib

  • + A
  • - A
  • 17-07-2021, 15:12


    AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənovun sədrliyi ilə beynəlxalq əlaqələr üzrə fəaliyyətə həsr edilmiş iclas keçirilib.
    Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik-katibi, akademik Arif Həşimov, AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin əməkdaşları, o cümlədən AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.
    İclası giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin koordinasiyalı fəaliyyətinə xüsusi diqqət ayrıldığını, ayrı-ayrı istiqamətlər üzrə müzakirələr məqsədilə belə tədbirlərin silsilə keçiriləcəyini diqqətə çatdırıb. O, elmin müasir istiqamətlərinin inkişafında beynəlxalq əlaqələrin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə ətraflı məlumat üçün sözü AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru dosent Esmira Əlirzayevaya verib.
    Sonra E.Əlirzayeva beynəlxalq əlaqələr üzrə perspektivlər, mövcud vəziyyət, problemlər və onların həlli yollarına dair təqdimatla çıxış edib. O, Avropa Komissiyasının “Horizon 2020” proqramı və digər beynəlxalq layihələrdə Azərbaycan alimlərinin iştirak vəziyyəti və mövcud problemlər haqqında ətraflı məlumat verib. Alim tədqiqat və innovasiya ekosisteminin inkişafında beynəlxalq layihələrin əhəmiyyətinə toxunub və bu istiqamətdə dünyanın qabaqcıl elm və təhsil müəssisələrinin təcrübəsini diqqətə çatdırıb. Məruzəçi alimlərin beynəlxalq elmi şəbəkələrə və proqramlara qoşulması imkanlarının genişləndirilməsi məqsədilə AMEA tərəfindən Türkiyə, İtaliya, Bolqarıstan, Belarus kimi ölkələrin aparıcı elmi qurumları ilə birlikdə həyata keçirdiyi ikitərəfli layihə müsabiqələri və AMEA-nın elmi müəssisələrinin bu müsabiqələrdə iştirakı üzrə statistik məlumatları da təqdim edib. E.Əlirzayeva, həmçinin yeni “Horizon Europe” proqramı, onun geniş spektrli elmi istiqamətləri və maliyyə mexanizmləri haqqında ətraflı məlumat verib.
    Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanın elmi müəssisələrinin beynəlxalq elmi reytinq cədvəlində yüksək pillələrdə yer ala bilməsi üçün beynəlxalq proqramların imkanlarından istifadənin vacibliyini vurğulayıb və bu məqsədlə AMEA-nın institutlarında xüsusi yanaşmaların işlənib hazırlanması istiqamətində tövsiyələrini verib.
    AMEA-nın akademik-katibi, akademik Arif Həşimov isə Azərbaycan alimlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən söz açıb və belə əməkdaşlıqlar çərçivəsində əldə edilən nəticələrin tətbiqi üzrə strategiyaların hazırlanması məsələsinə diqqət ayırıb.
    İclasda çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmov beynəlxalq layihələrdə iştirak üzrə mövcud problemlərin aradan qaldırılması məqsədilə hədəf qrupları ilə xüsusi treyninq proqramlarının həyata keçirilməsini təklif edib. Elmi irs şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Zemfira Hacıyeva isə xarici partnyor təşkilatlarla qiymətli arxiv materiallarından istifadə üzrə əməkdaşlıq imkanlarını müzakirəyə çıxarıb. Müzakirələrdə AMEA-nın akademik-katibinin xidmətində elmi katib, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri beynəlxalq əlaqələrin yüksəkixtisaslı kadrların hazırlanmasında rolunu diqqətə çatdırıb. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, Afiq Məmmədov bölmənin elmi müəssisələrində çalışan gənc mütəxəssislərin müxtəlif ölkələrin qabaqcıl elm və təhsil qurumlarında aldıqları təhsilin və apardıqları tədqiqatın əhəmiyyətini qeyd edib. AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Orxan Salehli isə təmsil etdiyi təşkilatda “Horizon 2020” çərçivəsində həyata keçirilən elmi layihə haqqında məlumat verib və “Horizon Europe” proqramına layihə təqdim etmək məqsədilə digər müəssisələrdən olan mütəxəssislərlə elmi konsorsiumun yaradılması üzrə təklifini irəli sürüb.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR