AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qaliblər düşərgəsi"nə yekun vurulub

  • + A
  • - A
  • 19-07-2021, 20:15


    Bu gün torpaqlarımızın azadlığı uğrunda canından keçərək tarix yazan şəhidlərimizin övladları üçün təşkil olunan "Qaliblər düşərgəsi"nə yekun vurulub.
    Qapanış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Həsənov, düşərgənin təşkilatçılarından olan "For Azerbaijan" xeyriyyə təşkilatının fəallarına və miqrasiya könüllülərinə 14 gün ərzində şəhid övladlarının qayğısına qaldıqları, onların psixoloji və emosional inkişafı üçün həvəslə xidmət göstərdikləri üçün təşəkkürlərini bildirib, onları təşəkkürnamələr və simvolik hədiyyələrlə təltif edib.

    Musiqili konsert mərasimi,rəqs nümayişləri ilə davam edən qapanış mərasimində iştirak edən 76 şəhid övladına sertifikatlar və məktəbli ləvazimatlarından ibarət hədiyə dəstləri təqdim olunub.

    14 gün ərzində intellektual məşğələlər, psixoloji təlimlər, idman dərsləri keçən və respublikanın müxtəlif tarixi yerlərinə təşkil olunan ekskursiyalarda iştirak edən Vətən müharibəsi şəhidlərinin övladları çıxışları zamanı vaxtlarının səmərəli və əyləncəli keçməsindən ötrü düşərgə təşkilatçılarına öz minnətdarlıqlarını bildirib.

    Qeyd edək ki, 2 həftədir davam edən düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yadda qalan etməkdir.















    "Qaliblər düşərgəsi"nə yekun vurulub


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR