AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB-in təşkilatçılığı ilə media nümayəndələri üçün "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlim keçirilib

  • + A
  • - A
  • 23-07-2021, 20:24


    23.07.2021-ci il tarixdə TƏBİB-in təşkilatçılığı ilə media nümayəndələri üçün "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlim keçirilib.
    Çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva istər 44 günlük Vətən müharibəsində, istərsə də COVID-19 virusu ilə mübarizə çərçivəsində media nümayəndələrinin əvəzsiz xidmət göstərdiyini bildirib. A.Əliyeva cəmiyyətin düzgün maarifləndirilməsi üçün sosial şəbəkələrdə yayılan informasiyanın mühüm əhəmiyyət daşıdığını qeyd edib. Departament rəhbəri TƏBİB tərəfindən həyata keçiriləcək layihələrin cəmiyyətə çatdırılmasında yaxından iştirak edən şərəfli peşə sahiblərinə təşəkkür edib.
    Daha sonra çıxış edən Tibbi xidmətlər departamentinin əməkdaşı Uzm. Psixoloq Nərmin Osmanlı və Psixiatr dr. Orxan Fərəcli “TƏBİB-in Psixososial dəstək fəaliyyətləri”, “Psixi sağlamlıqla bağlı əsas anlayışlar”, Həssas mövzularda xəbərin hazırlanması, “İntihar xəbərləri üçün tövsiyyələr” mövzularında geniş informasiya veriblər.
    Qeyd edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 N-li qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsini təmin etmək məqsədilə TƏBİB tərəfindən yaradılmış psixoloji yardım mərkəzləri 15.03.2021-ci ildən etibarən fəaliyyətə başlamışdır. Psixoloji dəstək xidməti 7 regionda -Sumqayıt 3 saylı poliklinika, Gəncə 6 saylı poliklinika, Gəncə 3 saylı poliklinika, Quba, Şirvan, Lənkəran, Ağdam və Şəki Rayon Mərkəzi Xəstəxanlarında həyata keçirilməkdədir.
    15.03.21-ci ildən mərkəzlərimizdə göstərilən psixoloji xidmət üzrə statistiki göstəricilər:
    şəhid ailəsi-354
    hərbiçilər-686
    terror qurbanları-156 nəfərdir.
    II Qarabağ müharibəsi dövründə TƏBİB-in psixoloji xidmət üzrə könüllü qrupunun psixoloq və psixiatr heyəti tərəfindən:
    • Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Füzuli Gəncə, Göygöl, İsmayıllı, Kürdəmir, Göyçay, Qəbələ, Neftçala, Saatlı, Salyan, Şirvan, Ucar, Zərdab rayon xəstəxanalarında 3316 hərbiçi üçün ilkin psixoloji yardım yardım göstərilmiş; 1385 hərbiçi üçün psixiatrik müayinə aparılmışdır.
    • Bərdə, Gəncə və Tovuz regionları üzrə 610 nəfər terrordan əziyyət çəkmiş əhaliyə bilavasitə ilkin psixoloji yardım və psixiatrik konsultasiya xidməti, 143 nəfərə isə onlayn psixoloji yardım göstərilmişdir.
    1542 Psixoloji Dəstək Xətti vasitəsilə pandemiya dövründə 1122 nəfər ictimaiyyət, 459 nəfər COVID 19 ilə yoluxmuş şəxslərə, 301 nəfər psixoloji problemlərdən əziyyət çəkən şəxslərə psixoloji yardım göstərilib. Bundan başqa ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib.
    Sonda jurnalistlər tərəfindən ünvanlanmış suallar cavablandırılıb. Qeyd edək ki, Azadmedia.az-ın müxbiri də təlimdə iştirak edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR