AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixi qələbə! Qarabağ Azərbaycandır!

  • + A
  • - A
  • 5-11-2021, 14:08



    “Biz son 17 il ərzində, doğrudan da, tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər”.
    İlham ƏLİYEV

    44 günlük Vətən müharibəsinin başlanması və tarixi Zəfərlə yekunlaşması Azərbaycanın siyasi rəhbərliyinin və xalqımızın tükənməz Vətən sevgisi və sıx birliyi ilə əlaqədardır. Məhz bu iki amil Vətən Müharibəsinin başlanmasını və cəmi 44 gün ərzində düşmənin diz çökərək məğlub olduğunu etiraf etməsi zərurətini yaratdı.

    Müstəqilliyimizin bərpasından keçən 30 il ərzində ölkəmizin iqtisadi qüdrəti daim yüksəlmiş və regionun lider dövlətinə çevrilmişdir. İqtisadiyyatın əsasını təşkil edən neft gəlirlərinin məqsədyönlü və düzgün paylanması, ordu quruculuğunda aparılan nəhəng işlər, hərbi kadrların hazırlığı, ordunun ən müasir döyüş vasitələri ilə silahlanması, yeni döyüş taktikasının tətbiqi, habelə müharibə aparmaq üçün lazım olan digər tədbirlərin vaxtında və yüksək səviyyədə təşkili Qarabağ məsələsinin müharibə yolu ilə həllinə böyük zəmin yaratdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı isə xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanaraq dillərdə əzbər oldu. Xalqımız bu fikrin reallaşdırılacağı günü səbirsizliklə gözləyirdi. Bütün bunlar ölkəmizin rəhbərliyinin, ordusunun və xalqının, xüsusən Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində formalaşan gənclərin Vətən sevgisini və birliyini daha da möhkəmləndirdi və 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı.

    Qələbədən sonra ölkəmizin qarşısında duran ən mühüm vəzifə işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin müasir tələblərə cavab verən yüksək kefiyyətdə və qısa müddətdə həyata keçirilməsidir. Hazırda həmin ərazilərdə nəhəng bərpa və quruculuq işlərinə başlanılmışdır. Bütün bunlar onu göstərir ki, dövlətimiz işğaldan azad etdiyi ərazilərdə bərpa və quruculuq işlərini sürətlə davam etdirərək ən müasir tələblərə uyğun infrastruktur layihələri həyata keçirməklə orada məskunlaşacaq insanların həyat və fəaliyyətinə yüksək dərəcədə cavab verən şəhərlər və kəndlər inşa edəcək. Beləliklə, işğaldan azad edilmiş Qarabağ bölgəsi yaxın vaxtlarda 30 ilə yaxın qaçqınlıq həyatı sürən sakinlərini daha rahat və təhlükəsiz şəraitdə yaşayıb fəaliyyət göstərmək üçün qəbul edəcək, ölkəmizin dilbər guşələrindən biri kimi böyük turizm mərkəzinə çevriləcək.

    Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazilərimizi azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdikdən sonra bölgədə yeni reallıqlar yarandı. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü haqqında fərman imzaladı. Fərmana əsasən Qarabağ və Şərqi Zəngəzur adlı yeni iqtisadi rayonlar yaradıldı. Bu iqtisadi rayonların yaradılması həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan çox böyük əhəmiyyət kəsb edir.

    Bu bölgədə Zəngəzur dəhlizinin reallaşması Azərbaycanla Naxçıvanı dəmir və avtomobil yolları ilə birləşdirməyə imkan verəcək. Eyni zamanda region ölkələrinin bu dəhlizdən istifadə imkanlarının yaranması onların iqtisadi inkişafına təkan verəcək. Bundan başqa, bu layihənin həyata keçirilməsi türk dünyası ölkələrini birləşdirən körpü rolunu oynamaqla qədim İpək yolunun bərpası istiqamətində mühüm əhəmiyyətə malik olacaq. Bununla da Zəngəzur dəhlizinin açılması həm bölgənin, həm də bir çox digər ölkələrin iqtisadi və başqa sahələrdə əlaqələrinin genişlənməsinə güclü təkan verəcək.

    Elvin Rəhimov
    "Mahal" MTK-nın sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR