"Azərbaycan Mədəniyyəti" sosial platformasının dəstəyi və iştirakı ilə"GUYS" təşkilatı tərəfindən 6 noyabr tarixində Vətən müharibəsində qazandığımız qələbənin 1-ci ildönümünə həsr edilmiş "Zəfər Forumu" keçirildi.
Forumun moderatoru, eyni zamanda "GUYS" Media Mərkəzinin rəhbəri Mehin Vəliyeva Vətən Müharibəsi, Müzəffər Ali Baş Komandan və Azərbaycan ordusunun 44 günlük zəfər yolunda həm hərb, həm də informasiya müharibəsində düşmənə və onun müttəfiqlərinə qarşı necə iradə və güc sərgiləməsi barədə açılış nitqində məlumat verib.
Daha sonra spikerlər - Milli Məclisin deputatı Elşad MirBəşir oğlu, ictimai xadim, QHT sədri və sahibkar Emin Əliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Vətən Müharibəsi iştirakçısı Şahmar Məmmədov şanlı tariximizə qızıl hərflərlə yazılan Qarabağ Müharibəsi barədə fikirlərini səsləndiriblər.
Forumda spikerlər sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi haqqında çıxış etdikdən sonra iştirakçılarla fikir mübadiləsi aparıblar. Azərbaycan xalqının müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsi xüsusilə qeyd olundu. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin çox böyük rolu olur. Nəhayət, Azərbaycan illər sonra torpaq itirən ölkədən öz torpaqlarını geri qaytaran ölkəyə çevrildi.
Daha sonra 44 günlük zəfər yolunda gənclərin həm ön, həm də arxa cəbhədə mübarizəsi xüsusi vurğulandı. Ön cəbhədə qəhrəman oğullarımız canını müqəddəs Vətən uğrunda sipər edərkən, arxa cəbhədə gənclərimiz düşmənin müxtəlif təxribatlarına layiqinci cavab verə bildi.
Forumda tərəfdaş qismində çıxış edən "Azərbaycan Mədəniyyəti" sosial platformasının nümayəndəsi Elnurə Cəfərzadə Vətən müharibəsi haqqında öz təəssüratlarını bölüşərək Azərbaycan gəncliyinin Zəfərimizin qazanılmasında necə mühim rol oynadığını bildirib.
"Azərbaycan Mədəniyyəti" sosial platformasının gənc xanəndələrinin ifası ilə tədbirə yekun vurulub.
Ülkər Orucova - Azərbaycan
Sərxan Əliyev - Könlüm quşu qanad çalmaz
https://youtu.be/ddnkr3jMOYo