Xəbər verdiyimiz kimi Gəncə şəhəri 1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva intihara cəhd edib. Direktor qısa müddət ərzində Göygol rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, hazırda vəziyyəti ağırdır.
Azadmedia.az-a daxil olan məlumata əsasən, M.Qarayevanın canına qəst etmək istəməsinə səbəb Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə arasında yaranan mübahisə olub.
Uzun müddətdir Mətanət Qarayevanı öz ərizəsi ilə istefaya göndərmək istəyən A.Qədiməliyev, bu niyyəti baş tutmadığı üçün ötən gün səhər saatlarında direktora zəng vuraraq onu təhqir edir. Təhsil İdarəsinin müdirinin bu hərəkətindən əsəbləşən M.Qarayeva iş otağındaca çoxlu sayda dərman içərək, öz həyatına qəsd etmək istəyib.
Mətanət Qarayevanın publika.az-ın yerli bürosuna dedikləri: “Məni özü çağırmır, amma Təhsil İdarəsinin bəzi əməkdaşlarını yanıma göndərir. İşimdə etmədiyim səhvləri, yol vermədiyim qüsurları üstümə atırlar. Hamısı şər-böhtandır. Məqsəd məni işdən azad etməkdir. Hətta ən xırda məsələni belə məqsədli şəkildə şişirdir, olmazın sözlər deyirlər. Mən bütün bunlara dözə bilmədim. Hətta qeyd etdim ki, iyul ayının 6-sı məzuniyyətə çıxacağam, 7-si isə gəlib ərizəmi yazıb işdən gedəcəyəm. Lakin göndərdiyi adamlar bildirdilər ki, “yox, elə bu dəqiqə ərizəni yazmalısın".
Millət vəkili Etibar Əliyev şəxsi facebook səhifəsində maraqlı məqama toxunub.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin ixtisasca aqronom olduğunu bildirən millət vəkilinin yazdıqlarını olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
"Anar Qədimalıyev ixtisasca aqronomdur və Soros fondunun hesabına xaricdə kurs keçib. Mənə verilən məlumata görə Goranaboy rayonunda böyük məktəblərin birinin direktoruna özü hücum çəkib və onu təhqir edib ki, bu dəqiqə ərizəni yazmalısan. Tam şəkildə Soros tərbiyəsidir və regionda qarşıdurmaya rəvac verən hərəkətlərdir. Sorosun, fetoçuların və digər 5-ci kalonun nümayəndələrənin məktəblərimizdən ayağı kəsilməlidir.
Bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarının ciddi araşdırma aparacağına və Regional təhsil idarə müdirinin əməllərinə hüquqi qiymət veriləcəyinə inanıram.
P.S. Qeyd edim ki, Anar Qədimalıyev ölkədə orta təhsilin dağıdıcılıq missiyasını həyata keçirən 5-cı kalonun görkəmli nümayəndəsi Məhəbbət Vəliyevanın ən yaxın sirdaşıdır. Və Bakıya gələn kimi ilk yolunu Məhəbbət Vəliyevanın dəbdəbəli ofisinə salır".https://m.facebook.com/story.php?story_fbid=1081402416116762&id=100027410407026Qeyd: Qarşı tərəfin səsləndirilən fikirlərlə bağlı mövqeyini dinləyib dərc etməyə hazırıq.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.