AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həkimlərə işin nəticələrinə görə maaşdan əlavə həvəsləndirici əlavələr verilir

  • + A
  • - A
  • 26-01-2023, 17:40

    Həkimlərə işin nəticələrinə görə maaşdan əlavə həvəsləndirici əlavələr verilir

    İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin də əməkhaqlarında əsaslı artımlar olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Cəlilabada təşkil edilən media-tur zamanı Azadmedia.az-a verdiyi açıqlamada qeyd etdi ki, məqsəd həkimləri uyğun əməkhaqqı ilə təmin etmək, fəaliyyətlərini qiymətləndirmək və peşəkarlığın yüksəlməsinə maraqlarını artırmaqdır. Aynurə xanım qeyd etdi ki, əməkhaqqı artımı ilə bağlı müvafiq qaydaya 5 dəfədən çox dəyişiklik olunub. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələrin verilməsinə başlanılmışdır. Belə ki, ötən ildən 40-a yaxın ixtisas üzrə çalışan həkimlərin aylıq sabit həvəsləndirici əlavələri artırılaraq vəzifə (tarif) maaşı əlavələrlə birlikdə minimum 1000 manat təşkil etmişdir.
    Bundan əlavə həkimlərə işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Cəlilabad RMX-də 2021-ci ildə işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 650 manat olmuşdusa, 2022-ci ildə bu rəqəm 970-ə qədər yüksəlmişdir. Həkim bu əlavədən başqa aylıq vəzifə (tarif) maaşı və aylıq sabit həvəsləndirici əlavə də alır.
    İşin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləğinin 2021-ci ildə 4000 manatı, 2022-ci ildə isə 6000 manatı keçən həkimlər də olub.
    Xatırladaq ki, 2021-ci ildə yaradılan Cəlilabad filialı Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl inzibati ərazi vahidlərini əhatə edir. İTSDA-nın Cəlilabad filialı icbari tibbi sığortanın tətbiqinə dəstək göstərərək Agentliklə tibb müəssisələri arasında əlaqələndirməni həyata keçirir. Vətəndaşlardan daxil olan müraciətləri araşdıraraq, zəruri tədbirlər görür. Filial tərəfindən ümumilikdə 159 yazılı müraciət, 100-ə yaxın isə şifahi müraciət cavablandırılıb. Həmçinin icbari tibbi sığorta sahəsində maarifləndirmə işlərinə də dəstək olaraq filial tərəfindən 5 inzibati ərazidə 746 nəfərin iştirakı ilə tədbirlər təşkil olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR