AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ombudsman Aparatının əməkdaşı məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbirində iştirak edib

  • + A
  • - A
  • 27-01-2023, 13:02

    Ombudsman Aparatının əməkdaşı məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbirində iştirak edib

    Sabunçu rayonu,Nardaran Mədəniyyət Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!”adlı layihə çərçivəsində 295, 130 və 142 nömrəli tam orta məktəblərin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
    Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərləri və divar qəzetlərinə baxış ilə başlayıb, daha sonra məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadlarına həsr olunmuş mövzular ətrafında hazırladıqları videoçarx və səhnəcikləri nümayiş etdirib, şeir və mahnılar səsləndiriblər.
    Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov tədbirdə çıxış edərək Ombudsman Səbinə Əliyeva tərəfindənqadınların, uşaqların, əlilliyi olan şəxslərin, habelə əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, gender bərabərliyinin təmin olunması, müxtəlif hüquq pozuntuları ilə bağlı 24 saat ərzində xidmət göstərən 916 Çağrı Mərkəzi barədə ətraflı məlumat verib.
    Sonda “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində fəal iştirak edən məktəblilər və direktorlar diplom və hədiyyələrlə təltif olunublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR