Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində olublar.
Ceyhun Bayramov və Hikmət Həsənov şəhidin ailəsinə Prezident İlham Əliyevin başsağlığı mesajını çatdırıblar və bildiriblər ki, terror aktının araşdırılması birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir.
Azadmedia.az xatırladır ki, Orxan Əsgərovun nəşini gətirməyə gedən təyyarə Tehran aeroportunda gözləsə də, İran xislətinə uyğun olaraq Orxanın nəşini müxtəlif bəhanələrlə gecikdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.