Türkiyənin cənub-şərqində baş verən zəlzələlərin maddi ziyanı iki trilyon türk lirəsi (105 milyard dollardan çox) təşkil edir. Azadmedia.az xəbər verir ki, bunu ölkənin Maliyyə və Xəzinədarlıq Nazirliyi bildirib.
Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni "əsrin fəlakəti" adlandırıb, ölkədə 49 mindən çox insan zəlzələ qurbanı olub.
"Zəlzələlərin vurduğu zərər 2 trilyon lirə (105,3 milyard dollar) təşkil edir. Bu, 1999-cu ildə Mərmərə dənizində baş verən zəlzələ ilə müqayisədə təqribən 6 dəfə çox zərər və itkilərə malik olduğumuzu göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.