AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalistlər üçün tikilən 3-cü binadan XƏBƏR VAR

  • + A
  • - A
  • 31-03-2023, 14:17

    Jurnalistlər üçün tikilən 3-cü binadan XƏBƏR VAR

    Bünövrəsi jurnalistlərin əhatəsində, Milli Mətbuat Günündə Prezident İlham Əliyev tərəfindən qoyulan, Jurnalistlər üçün tikilən 3-cü bina artıq illərdir ki, qapısı bağlı qalıb. Maraqlı və qəribə odur ki, aidiyyatı qurumlar binanın nə zaman istifadəyə veriləcəyi sualı verilən zamanı israrla susmağa üstünlük verir. Ən yaxşı halda cavabları - Bu, müzakirə mövzusu deyil - olur.

    2 ildir ki, binanın şəhid ailələrinə veriləcəyi ilə bağlı söhbət dolaşsa da təsdiq, yaxud təkzib olunmayan xəbər deyəsən təsdiqini tapmaq üzrədir. 2-ci binada yaşayan jurnalist həmkarlarımızın Azadmedia.az-a verdiyi məlumata görə, dəstə-dəstə şəhid ailələri 3-cü binanın giriş qapısı bağlı olduğu üçün 2-ci binadakı mənzillərin qapısını döyür, otaqların quruluşuna baxmaq istədiklərini deyir, binanın hansı problemlərinin olması sualını verirlər. Ailələr bildirir ki, onlara 3-cü binadan mənzillər söz verilib. Qapını açmayan həmkarları məzəmmət etməkdən, şəhid ailəsinə hörmətsiz münasibətdə ittihamlardan da çəkinməyiblər. Xanımların yanında 5-6 qohum gəlir mənzillərə baxmağa. İş adamı olan həmkarlarımızın qapı açmaması normal qarşılanmalıdır, fikrimcə. Çünki özüm də iş adamıyam, qəfil qonaq qarşılamağa hazır olmuram, əgər, qonaq tanımadığın adamlardan ibarət dəstədirsə... O da aydındır ki, şəhid ailələri özbaşına qohum-əqrabalarını götürüb mənzillərə baxmaq üçün qapı döyməz.
    Xatırladım ki, Jurnalistlər üçün tikilən 1 və 2-ci binalarda əsasən Əli Həsənovun dost-aşnası, qohumları, Baş redaktorlar, onların jurnalist peşəsinə aidiyyatı olmayan qohum-əqrabaları, qurumların mətbuat xidməti rəhbərləri mənzillə təmin olunub. İstisnalar həmişə var. İllərlə redaksiyalarda minimum maaşla hər məhrumiyyətə ev xatirinə dözən həmkarlarımız var, onların son ümid yerinin belə sonluqla bitməsi xoş görünmür. Şəhid ailələrinin də problemlərini işıqlandıran jurnalistlərdir. Yaxşı olardı ki, onlar bünövrəsi ölkə başçısı tərəfindən jurnalistlər üçün qoyulan binada yaşamaq fikrindən vaz keçsinlər. Dövlətin şəhid ailələrini təmin etmək üçün kifayət qədər mənzil ehtiyatı var.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR