AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ahıllar Evinə qəbulla bağlı 4 SUAL, 4 CAVAB

  • + A
  • - A
  • 12-04-2023, 11:44

    Ahıllar Evinə qəbulla bağlı 4 SUAL, 4 CAVAB

    Ölkəmizdə həssas əhali qruplarından olan şəxslərin, o cümlədən tənha ahıl şəxslərin sosial müdafiəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.


    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində də ahıl vətəndaşlarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunur.
    Agentliyin mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb. 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Burada hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin olunub.
    Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir.
    Hazırda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 200-dək ahıl şəxs yaşayır.

    Müəssisədə yaşı 70-dən yuxarı olan və ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan ahıllara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyası təşkil edilir.
    Ahıllar evinə yerləşmə qaydaları və digər məsələlərlə bağlı poçtumuza daxil olan suallara Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Həşimovdan aldığımız cavabları təqdim edirik:


    Ahıllar evinə hansı şərtlərlə yaşlı insanlar qəbul edilir?
    Müəssisəyə qəbul olunmaq üçün müraciətlər Agentliyin regional filialları və ya "DOST" mərkəzləri tərəfindən qəbul edilir.


    Ahıllar evində insanların pensiya kartları özlərində olurmu?
    Bəli. Müəssisədə olan sakinlərin təqaüd və müavinət kartları özlərində olur.

    Ahıllar rəhmətə gedəndə qohumlara göndərilir, yoxsa Sosial Xidmətlər Agentliyi tərəfindən dəfn edilir?
    Ahıl şəxs vəfat etdikdə onun yaxın qohumları varsa, məlumat verilir, əks halda dəfn prosesi Müəssisə tərəfindən, mövcud qaydalara əsasən həyata keçirilir.

    Qohumları gəlir onlara baş çəkirmi? İcazə varnı?

    Müəssisə sakinlərinin hər birinin qohumları onları ziyarətə gəldiyi zaman görüş otağında onların görüşü üçün şərait yaradılır.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR