Rusiyalılar arasında may bayramları üçün xarici səfərlər üçün ən populyar şəhərlər Bakı, Daşkənd, İrəvan, İstanbul və Antalya olub. Azadmedia.az xəbər verir ki, bu barədə Yandex Travel şirkətinin araşdırmasında deyilir.
"Ən populyar şəhərlər İrəvan, İstanbul, Antalya, Daşkənd və Bakıdır. Qonşu ölkələri nəzərə almasaq, əsas istiqamətlər İstanbul, Antalya, Dubay, Dalaman və Təl-Əvivdir", - ekspertlər bildirib.
Onların məlumatına görə, rusiyalıların may bayramlarında səyahət etmək üçün ən çox müraciət etdiyi ölkələr Azərbaycan, Türkiyə, Ermənistan, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Qırğızıstan, Misir və Çindir. Tədqiqatın göstərdiyi kimi, xidmət istifadəçilərinin əksəriyyəti, təxminən 80%-i Rusiya ətrafında səyahətlərə çıxacaq. Rusiya şəhərləri arasında populyarlıq baxımından Sankt-Peterburq, Moskva, Soçi, Kazan, Nijni Novqorod, Kalininqrad, Yaroslavl, Gelendjik, Volqoqrad, Yekaterinburq liderlik edir.
Araşdırmada qeyd edildiyi kimi, ötən illə müqayisədə may bayramları üçün səyahətə çıxan istifadəçilərin sayı 20% artıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.