Elm və Təhsil Nazirliyi daha nə qədər elmə, təhsilə, şagirdlərin sağlamlığına zərər verməlidir? - Ekspertdən İRAD
Maddi maraqları naminə məktəb bufetlərini mənşəyi məlum olmayan şirkətlərə verib uşaqları zəhərləyən, məktəbin idman zalları və stadionunu idarəyə verib onları öldürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi heç olmasa məsuliyyət hiss edir?
Azadmedia.az xəbər verir ki, haqlı və cavabsız suallar Nazirliyə təhsil eksperti Kamran Əsədov tərəfindən verilib.
Ekspert Kaspi kursunun inhisarından da söz açıb:
"Regional Təhsil İdarələri Kaspi kursunun sınaqlar biletlərini məcburi məktəblərə satdırır, hər kəs susur, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün pulsuz istənilən vaxt oynaya bilmələrinə görə tikilən stadionları Elm və Təhsil Nazirliyi pulla arendaya verir, hamı başını aşağı salır.
Bu Elm və Təhsil Nazirliyi daha nə qədər elmə, təhsilə, şagirdlərin sağlamlığına zərər verməlidir?".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.