AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“SARA” Hərəkatının dərsləri davam edir

  • + A
  • - A
  • 10-05-2023, 13:08

    “SARA” Hərəkatının dərsləri davam edir

    "SARA" tərəfindən Şəmkir şəhərində gənc qızların gender bərabərliyi sahəsində maarifləndirilməsi və özünümüdafiə dərsləri davam edir. Layihə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyiyyəti Proqramı tərəfindən maliyyələşdirilir.
    Təlimlərin gender bərabərliyinin təmin olunmasını əhatə edən hissəsi artıq başa çatdırılıb.
    Bu çərçivədə gənclər gender bərabərliyinin tarixi, gender əsaslı zorakılıq, konfliktlərin qadınlara təsiri, qadınlar və sosial aktivizm mövzularında təlim sessiyalarında istirak edib, qadın haqları ilə bağlı qanunvericiliklə tanış olublar. İnteraktivliyin təmin olunması və gənclərə öyrəndiklərini praktiki formada tətbiq etmə imkanının yaradılması məqsədilə təlimlər komanda işləri, keyslərlə işlər və kvizlərlə zənginləşdirilib.
    Bundan əlavə, gənclər sosial media kampaniyası ilə bağlı sessiyalarda iştirak ediblər. Beləliklə onlar gender bərabərliyi və qadın haqları mövzusunda sosial media məzmunları hazırlayaraq ictimaiyyətə təqdim edəcəklər.
    Hazırda isə layihə çərçivəsində gənc qızlar üçün özünümüdafiə dərsləri təşkil edilir. Dərslərdə iştirakçılar zorakılıq halları zamanı özlərini hücumdan qorumaq və qarşı tərəfi zərərsizləşdirmək üsullarını praktiki şəkildə öyrənirlər. Eyni zamanda dərslər videoyazıya alınır və "SARA"nın sosial şəbəkə hesablarında hər kəsin faydalana bilməsi üçün paylaşılır.
    Gender bərabərliyi naminə "SARA" Hərəkatı Azərbaycanda gender bərabərliyinin təmin olunması sahəsində maarifləndirmə və agahlığın artırılması, qadınların təhsil, məşğulluq və rifah səviyyəsinin yüksəldilməsi, qadın həmrəyliyi, ictimai vəkillik və özünümüdafiə bacarıqlarının artırılması naminə fəaliyyət göstərən milli təşəbbüsdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR