AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir sıra tibb müəssisələrinin adları dəyişdirilib

  • + A
  • - A
  • 11-05-2023, 11:06

    Bir sıra tibb müəssisələrinin adları dəyişdirilib

    TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil edilən bir sıra tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir. Həyata keçirilən yeniliklərə uyğun olaraq, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb.

    Belə ki, Mərkəzin strukturuna daxil olan 8 nömrəli Şəhər Xəstəxanasının, 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının (BŞX), Zabrat və Zirə Müalicə Diaqnostika Mərkəzlərinin adları aşağıdakı şəkildə dəyişdirilib:

    8 nömrəli Şəhər Xəstəxanası - Nardaran Sağlamlıq Mərkəzi
    12 nömrəli BŞX – Suraxanı Sağlamlıq Mərkəzi
    28 nömrəli BŞX – Bilgəh Sağlamlıq Mərkəzi
    Zabrat Müalicə Diaqnostika Mərkəzi - Zabrat Sağlamlıq Mərkəzi
    Zirə Müalicə Diaqnostika Mərkəzi - Zirə Sağlamlıq Mərkəzi
    9 nömrəli BŞX – 41 nömrəli Şəhər Poliklinikası
    13 nömrəli BŞX – 42 nömrəli Şəhər Poliklinikası
    15 nömrəli BŞX – 43 nömrəli Şəhər Poliklinikası
    18 nömrəli BŞX – 44 nömrəli Şəhər Poliklinikası
    22 nömrəli BŞX – 14 nömrəli Şəhər Poliklinikası
    31 nömrəli BŞX - 45 nömrəli Şəhər Poliklinikası
    32 nömrəli BŞX – 46 nömrəli Şəhər Poliklinikası

    Məlumat üçün bildirək ki, TƏBİB rəhbərliyinin göstərişinə əsasən, Mərkəzin tabeliyində olan bir sıra müəssisələrdə stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu ləğv edilib və həmin müəssisələrdə ambulator- poliklinik xidmət gücləndirilib. Qeyd olunan tibb müəssisələrinin adlarındakı bu dəyişiklik məhz həmin qərara uyğunlaşdırılıb və yeni istiqamət müəyyənləşdirilib.

    Həyata keçirilən bu tədbirlər tibbi kadrlardan səmərəli istifadə, ikin səhiyyə xidməti müəssisələrinin iş yükünün azaldılması və ambulator xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR