AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bahar Muradova “Tərəqqi” medalı ilə təltif edilən qadınların mükafatlarını təqdim edib

  • + A
  • - A
  • 25-05-2023, 17:07

    Bahar Muradova  “Tərəqqi” medalı ilə təltif edilən qadınların mükafatlarını təqdim edib

    25 may 2023-cü il tarixində Dövlət Komitəsində Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən qadınlara medalları təqdim olunub.

    Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, bu təltifi həyatlarının əlamətdar hadisəsi kimi qiymətləndirib və onların hər birini təbrik edib.

    O, vurğulayıb ki, bu gün özünün təbii və insan resurslarına, mənəvi dünyasına, elmi potensialına, zəngin tarixi keçmişinə arxalanan və gələcək hədəflərinə nikbin arzularla baxan, eyni zamanda dünyaya və beynəlxalq ictimaiyyətə öz sözünü deyə bilən bir xalqıq.
    Müstəqil Azərbaycanın qurucusu olan Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yoldan, siyasətdən söz açan Komitə sədri, bu siyasəti bütün istiqamətlərdə qətiyyətlə, daha müasir şəkildə davam etdirən cənab Prezidentin siyasi bacarığı, eləcə də xalqın dəstəyi və iştirakı ilə əldə olunan uğurlardan danışıb, müstəqilliyin hər dönəmində mövcud olan lider-xalq birliyi məsələsinə toxunub.

    O, təltif edilən xanımları bir daha təbrik edərək əlavə edib ki, qazandıqları nailiyyətlərə verilən dəyərin onlara qürür yaşatdığı kimi, biz də uğur qazanmaqla bərabər, gələcək nəslə nümunə olmağı bacaran, çətin məqamlarda düzgün yolu seçə bilən fədakar soydaşlarımızla fəxr edirik. B. Muradova, dövlətini hər zaman ucada görmək üçün qətiyyətlə çalışan vətəndaş, mükəmməl qadın nümunəsini göstərən qadınların təltif edilməsinin ölkənin istənilən sahəsində fəaliyyət göstərən qadınlar arasında rəqabət mühitini formalaşdırdığını, onları məhdud imkanlar daxilində belə iqtisadi və sosial aspektdə dəyər yaratmağa təşviq etdiyini qeyd edib: “Zəfərin bizə qazandırdığı qətiyyətli inam və verdiyi güc qısa müddətdə daha böyük nailiyyətlər qazanmağa, daha böyük məsafə qət etməyə ruhlandırır”.

    Daha sonra Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında mükafatlar təqdim edilib.

    Hər il ölkə başçısının Sərəncamı ilə qadınların təltif edilməsinin cənab Prezident İlham Əliyevin Azərbaycan qadınlarına verilən dəyərin göstəricisi olduğunu vurğulayan görüş iştirakçıları, bu etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

    Sonda xatirə fotosu çəkilib




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR