AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə...

  • + A
  • - A
  • 28-07-2023, 00:28

    Gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə...

    Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2023-cü il Kiçik Qrant Müsabiqəsi çərçivəsində Gənc Hüquqşünaslar İctimai Birliyinin "Gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə" mövzusunda tədbirlərin təşkili, məlumat xarakterli nəşrlərin hazırlanması" adlı layihəsi qalib gəlib.

    İctimai Birlikdən verilən məlumata görə, Agentliyin maliyyələşdirdiyi bu layihə çərçivəsində məişət zorakılığının qarşısının alınması, zorakılıq hallarından zərər çəkmiş şəxslərə yardımın göstərilməsi kimi mövzular üzrə bir sıra təlimlərin keçirilməsi, məlumat xarakterli nəşrlərin təlim iştirakçılarına paylanması nəzərdə tutulur. Bundan başqa məişətdə, sosial-ictimai, iqtisadi və mədəni həyatda gender balansının qorunmasının, sağlam həyat tərzində fərdlər arasında diskriminasiyaya yol verilməməsinin önəmi geniş auditoriyaya çatdırılacaqdır.

    Qeyd olunmalıdır ki, Gənc Hüquqşünaslar İctimai Birliyinin reallaşdırdığı layihə çərçivəsində təlimlərin hazırlıq işləri yekunlaşmaq üzrədir. Belə ki, avqust ayının sonundan başlayaraq oktyabrın 31-nə qədər Gəncə, Bakı, Yevlax , Mingəçevir, Lənkəran, Neftçala və Qazaxda keçiriləcək təlimlərin posteri, maddi-texniki təchizatı və işçi qrupu yaradılıb. Eyni zamanda təlim iştirakçılarının mövzuya olan marağını nəzərə alaraq onlara onlayn surətdə keçiriləcək təlimlər barədə məlumatların verilməsi təmin edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR