AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına aid tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 28-07-2023, 09:57

    Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına aid tədbir keçirilib - FOTOLAR

    İstedadlı Əlillər İctimai Birliyinin “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatının və Paralimpiyanın təbliği” adlı layihənin tədbiri Xırdalan şəhər AAAF-Park yaşayış kompleksində həyata keçirilib. Layihə Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub.
    “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov tədbiri giriş sözü ilə açaraq bildirib ki, layihə Bakı, Sumqayıt və Abşeron rayonunu əhatə etməklə 4 ay müddətində icra ediləcək: “Layihənin məqsədi fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların iştrakı ilə Abilimpiya hərəkatını və Paralimpiya idman növlərini təbliğ etmək və fiziki məhdud gəncləri peşə təlimlərinə, Paralimpiya idmanına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir. Eyni zamanda fiziki məhdudiyyəti olan şəxsləri cəmiyyətimizin inkişafında aktivlik göstərməsinə, müxtəlif tədbirlər və layihələrdə iştirak etmələrinə, sosial aktiv vətəndaşların bu sahəyə diqqətini yönəltmək və fiziki imkanları məhdud insanlara dəstək olmaq layihənin məqsədləri sırasına daxildir”.
    Layihənin eksperti Paralimpiya komtəsinin numayəndəsi Kamran Əliyev tədbirdə əlilliyi olan şəxslərə Abilimpiya hərəkatı və Paralimpiya haqqında geniş və ətraflı məlumat verib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Vuqar Bəşirov, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, ƏƏSMN-nin tabeliyində DMA Xızı-Abşeron filalının numayəndəsi Nicat Əlibəyli, SXA-nin nümayəndəsi Cehun Ağayev, ƏTİ-nın Prizdenti Davud Rəhimli, Paralimpiya idmançıları və Ablimpiya Komtəsinin əməkdaşları, Vətən müharibəsi veteran və qaziləri və əlilliyi olan şəxslər iştirak ediblər.

    Tədbir çərçivəsində Abilimpiya hərəkatını və Paralimpiya idman növləri haqqında ətraflı məlumat verildikdən sonra, mövzu ətrafında geniş müzakirələr aparılıb və mövzu haqqında təkliflər səsləndirilib. İstedadlı əlillərin ifasında mahnılar səsləndirilib, 30 nəfərə qədər əlilliyi olan şəxslərin əl işlərindən ibarət olan sərgi nümayiş olunub. Sərgi 27-28 iyul tarixlərinə qədər davam etdiriləcək.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR