AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Karyera” mövzusunda ilk təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 1-08-2023, 20:56

    “Karyera” mövzusunda ilk təlim keçirilib - FOTOLAR

    Bu gündən “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin özünü məşğulluq və sahibkarlıq bacarıqları” layihəsi çərçivəsində nəzərdə tutulan silsilə təlimlərə start verilib.

    Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihənin və ilk təlimin mövzusu gənclərin arzu və tələblərinə uyğun olaraq seçilib. Layihənin fəaliyyət planına əsasən təlimlərə 17 nəfər yeniyetmə və gənclər cəlb olunmalı idi. Lakin, layihəyə qatılmaq üçün gənclərin çox saylı müraciətlərinə əsaslanaraq və bu layihənin mövzusu onların maraq və arzularına cavab verdiyi üçün ilk təlimə 20 nəfər yeniyetmə və gənclər dəvət olundu.

    Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev bildirib ki, təlimlər zamanı gənclər bu sahə ilə bağlı suallara cavab alacaq, onlar özünü məşğulluq və sahibkarlıq bilik və bacarıqları üzrə mükəmməl məlumatlar əldə edəcək. İlk təlim gənclərin xahişi ilə “Karyera” mövzusunda olub. Bu mövzu iştirakçı gənclər üçün daha çox maraqlı olub.

    Qeyd edək ki, təlimlərin avqust ayının 6-nadək keçirilməsi nəzərdə tutulub.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR