"Balans" İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi "Gənclərin özünü məşğulluq və sahibkarlıq bacarıqları" layihəsi fəaliyyətini uğurla davam etdirir.
“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev bildirib ki, iqtisadi sahəni əhatə edən mövzularla davam edən üç təlim uğurla başa çatıb: “Avqustun 1-dən start götürən 6 günlük silsilə təlimlərdə yeniyetmə və gənclərə özünü məşğulluq və sahibkarlıq mövzularında bilik və bacarıqlar tədris olunur. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihəyə və təlim mövzularına maraq həddindən artıq çox olduğundan, təlimlərə çox sayda iştirakçı qatılır. Növbəti təlimlərə də qatılmaq üçün müraciətlər davam edir, iştirakçı sayının daha çox olması gözlənilir”. Möhübbəli Nağıyev həmçinin qeyd edib ki, əvvəlki iki gün ərzində gənclərə “Liderlik”, “Karyera” və “Komandaların gücü” mövzularında nəzəri bilik və bacarıqlar təqdim olunurdusa, artıq bu gün, təlimin 3-cü günü “Sahibkarlıq və sosial sahibkarlıq”, “Biznes subyektlərin yeradılması və qeydiyyatı” mövzularında nəzəri və əyani bacarıqlar aşılandı: “Növbəti günlərdə, iştirakçı gənclərin arzu və təkliflərinə uyğun olaraq, “Sahibkarlığın inkişafı”, “Birnes planlar və tərtib olunma qaydaları”, Biznesin və maliyyənin idarə olunması” mövzularında təlimlərin təşkili planlaşdırılır. Növbəti təlimlərdə Azərbaycan Dövlət Məşğulluq Agentliyindən nümayəndə dəvət olunacaq və gənclərlə özünü məşğulluq mövzusunda söhbət aparacaq”.
Qeyd edək ki, layihə çərçivəsində təşkil olunan və həyata keçirilən təlimlərdən iştirakçı gənclər maksimum faydalanacaq, əldə etdikləri bilik və bacarıqları gələcək fəaliyyətlərində tətbiq edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.