AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Üçbucaq” - “milli tərbiyə modeli” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 5-08-2023, 12:44

    “Üçbucaq” - “milli  tərbiyə modeli” adlı tədbir keçirilib - FOTOLAR

    Bu gün Quba Rayon Tarix - Diyarşünaslıq Muzeyində “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin “Üçbucaq” - “milli tərbiyə modeli” nin formalaşdırılmasında ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolu adlı layihəsinin ilk tədbiri həyata keçirilib.

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin məqsədi ölkəmizdə “milli tərbiyə modelininin” formalaşdırılması istiqamətində təşəbbüs irəli sürməkdir. Bunun üçün ailə dəyərlərinin təbliği və valideyn-müəllim-uşaq əməkdaşlığının rolunun artırılmasına dair valideynlərlə maarifləndirməni həyata keçirmək, bu sahədə əməkdaşlığı və məsuliyyəti artırmaqdır.

    Müxtəlif ailə nümayəndələrinin, valideynlərin iştirak etdiyi tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva mövzunun dövrümüz üçün ən aktual problemlərdən biri olduğunu qeyd edib.

    Layihənin rəhbəri, İctimai Birliyin icraçı direktoru Şahin Rəcəbov milli tərbiyə modelinin qurulması, mövcud durum, bu sahədə beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə geniş çıxış edib: “Əvvəllər yaşlı nəsildən milli mənəvi dəyərlər, adət-ənənələr gənc nəsilə ötürülür və ailələrin dayanıqlığı təmin olunurdu. Lakin indi müasir gənc ailələrdə gənc valideynlər uşaqları necə tərbiyə etmək lazım oldugunu bilmirlər, bunun üçün bir ortaq tərbiyə nümunəsi, modeli qurulmayıb, tərbiyə haqqında Qanun yoxdur. Təlim-tədrisdə təlimə üstünlük verilir, tərbiyə arxa planda qalır. Bu istiqamətdə ciddi tədqiqatlara, dövlət proqramına, qanunvericilik təşəbbüslərinə ehtiyac vardır”.

    İştirakçılar bu gün ailədə, cəmiyyətdə, sosial mediada, xüsusən də məktəblərdə baş verənlərlə bağlı problemlərin əksəriyyətinin ailədən qaynaqlandığını və bunun birbaşa tərbiyə məsələləri ilə bağlı olduğunu vurğulayıblar. İştirakçılar milli tərbiyə modelinin qurulması, valideynlərin-müəllimlərin-uşaqların bu mövzuda əməkdaşlığına dair öz təkliflərini, təcrübələrini bölüşüblər.

    Qeyd edək ki, layihə çərçivəsində 4 ay müddətində 9 rayonda - Mingəçevir, Qəbələ, İsmayıllı, Neftçala, Masallı, Lerik, Lənkəran, Astara, Quba rayonlarını əhatə etməklə “milli tərbiyə modeli”ni formalaşdırılması üçün ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolunu artırmaq mövzusunda yerli sakinlərlə, valideynlərlə maarifləndirmə görüşlərinin təşkili, görüşlərdən çəkilən materiallarından ibarət video roliklərin hazırlanması və sosial şəbəkələrdə (youtube və facebook) yayılması nəzərdə tutulur. Layihə üzrə növbəti tədbir İsmayıllıda həyata keçiriləcəkdir.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR