AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sığınacaq fəaliyyətini davam etdirir - FOTOLAR

  • + A
  • - A
  • 8-08-2023, 12:07

    Sığınacaq fəaliyyətini davam etdirir - FOTOLAR

    “Təmas” Regional İnkişaf İctimai Birliyi “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacağın) fəaliyyətinin dəsətəkləməsi və zorakılıqdan zərərçəkmiş qadınlar üçün təlimlərin təşkili” layihəsinin icrasını davam elətdirir.

    Layihənin rəhbəri Kubra Ələkbərova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəsəyi ilə həyata keçirilir: “Layihənin birinci ayı yekunlaşıb, iyul ayı ərzində sığınacaqdan ümumilikdə 44 nəfər qadın və uşaq yararlanıb. Onlardan 1 nəfəri insan alveri qurbanı, 43 nəfəri insan alverinin potensial qurbanları olublar. İnsan alverinin potensial qurbanları arasında 19 nəfəri qadın, 14 qız, 10 oğlan olmaqla 24 nəfəri isə uşaq olub. Sığınacaqda qalan qadın və uşaqlardan başqa, ay ərzində Mərkəzə əlavə olaraq 15 kişi, 45 qadın olmaqla 60 nəfər birbaşa və ya qaynar xətt vasitəsilə müraciət ediblər. Sığınacağa birbaşa müraciət edən və ya müxtəlif qurumlar tərəfindən istiqamətləndirilən zorakılıq qurbanlarının psixo- sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində uyğun fəaliyyətlər həyata keçirilir. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər həyata keçirilir. Təhlükəsiz sığınacaqla təmin olunan qadın və uşaqları ərzaq məhsulları və gigiyenik vasitələrlə təmin edilirlər”.

    Layihə rəhbəri əlavə olaraq onu da qeyd edib ki, sığınacaqda həm də mütəmadi maarifləndirmə fəaliyyətləri təşkil olunur. 31 iyul 2023-ü il tarixində “İnsan alverinə qarşı Beynəlxalq Mübarizə günü” ilə əlaqədar sığınacaqda maarifləndirmə tədbiri həyata keçirilib, bukletlər paylanılıb. Layihənin icrası davam edir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR