AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsi təşkil olunub- FOTOLAR

  • + A
  • - A
  • 15-08-2023, 19:01

    Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsi təşkil olunub- FOTOLAR

    Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin Astara rayonunda başlayan “Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsinin təşkili” adlı layihəsi uğurla yekunlaşıb.

    Təşkilatın sədri və layihə rəhbəri Şamil Sabirzadə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihədə sorğu əsasında seçilmiş 15 nəfər nitq və eşitmə qabiliyyəti məhdud gənclər iştirak edib: “Düşərgə çərçivəsində təlimçi Fərid Seyfullayev və təşkilatın psixoloqu Nərmin Mir Hadi tərəfindən özünü tanıma, xarakter tipinin müəyyən olunması, peşə seçiminə və özünü kəşf etməyə mane olan düşüncələr, uğurlu karyera üçün lazım olan şəxslərarası bacarıqlar, SWOT analiz, peşə seçimi etmək, motivasiya və ixtisas seçimi, resume- CV və motivasiya məktubunun hazırlanması, mental sağlamlığın qorunması, iş və şəxsi həyatın balansı və s. mövzularda təlimlər keçirilib”.

    Qeyd edək ki, bu təlimlər qeyri- formal üsullarla, rol və simulyasiya oyunları, art-terapiyalar, diqqət oyunları, qrup işləri, təqdimatlar təşkil edilib. Düşərgə çərçivəsində nitq və eşitmə qabiliyyəti məhdud gənclər Astara rayonunun gəzməli, görməli yerləri ilə tanış olub. Düşərgədə iştirak edən nitq və eşitmə məhdudiyyətli gənclər və təlimçilər sertifikat və təşəkkürnamələrlə təltif olunublar. Bütün tədbir təşkilatın jest dili təlimçisi və tərcüməçi Könül Quliyeva tərəfindən nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin ünsiyyət dili olan jest dilinə tərcümə olunub.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR