“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin 2023-cü ilin iyul ayından etibarən “Azərbaycanda QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat işi” layihəsi həyata keçirilməkdədir.
Layihə Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihınin vəzifəsi QHT-lərin bacarıqlarının qiymətləndirilməsi, ehtiyaclarının öyrənilməsi və institusional bacarıqlarının artırlması kimi məsələrinin həllində töhvə vermək üçün tədqiqat işinin aparılmasıdır.
Tədqiqat nəticəsində əldə olunmuş məlumatların analizi əsasında mövcud ehtiyacları, trendləri, tövsiyələri əks etdirən hesabat hazırlanaraq, donora və ictimaiyyətin müzakirəsinə təqdim ediləcək. Layihə müddətində əsasən onlayn sorğular, dərinləşdirilmiş müsahibələr, fokus qrup görüşlərinin keçirilməsi, nəticələrin təhlili və tövsiyələrin verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə çərçivəsində 300 QHT nümayəndələri arasında keçirilməsi nəzərdə tutulan sorğu sualları hazırlanıb. QHT nümayəndələrindən aşağıdakı linkdən istifadə edərək sorğu suallarının avqust ayının 26- dək cavablandırması xahiş edirık.
https://docs.google.com/forms/d/1Dcx5IXn7YhWhd9dWEugXodXnN2onefWTBVLbWncKgww/viewform?edit_requested=trueƏlavə məlumat üçün layihə köməkçisi Ləman Ağalarovaya müraciət edə bilərsiniz:
leman.aqalarova@gmail.com
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.