AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ekologiya sahəsində ictimai maraqların dəstəklənməsi” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 21-08-2023, 10:34

    “Ekologiya sahəsində ictimai maraqların dəstəklənməsi” adlı tədbir keçirilib - FOTOLAR

    Avqustun 16-da “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “Ekologiya sahəsində ictimai maraqların dəstəklənməsi” adlı ekoloji layihəsi çərçivəsində növbəti ekoloji tədbirini Daşkəsən rayonu Əmirvar kəndində keçirib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.
    Təşkilatın rəhbəri İradə Həsənovanın rəhbərliyi altında ilə könüllülər, məktəb şagirdləri, kəndin sakinlərinin Daşkəsən rayon İcra Hakimiyyətin nümayəndəsi, Əmirvar kənd İcra nümayəndəsinin sədri və müavini iştirak etdiyi tədbir ekoloji-maarifçilik və kənd turizmin inkişafı xarakteri daşıyır. 2 aylıq ekoloji-sosial layihə Daşkəsən rayonunun Əmirvar kəndində təmiz, cəlbedici yaşayış mühitinin yaradılması, kənd eko turizmin inkişaf etdirilməsi, onların respublikanın başqa bölgələrdəki kənd yerlərində təcrübə kimi tətbiq edilməsinin nəzəri-praktik tərəflərinin hazırlanmasına yönəldilib.

    Tədbirdə təhsil ocağının müəllimləri, şagirdlər, qonaqlar, kənd icmasının nümayəndəsi fəal iştirak edib. Təşkilatın sədri İradə Həsənova çıxışında ekoloji problemlər, ətraf mühitin mühafizəsi, bio-müxtəlifliyin qorunması, təmiz yaşayış məntəqələrinin yaradılmasında ağacların, yaşıllıqların rolu, həmçinin dövrümüzün eko-etik normalara, dəyərlərə çevirməyin və indiki dövürdə kənd eko turizmin vacibliyini çatdırıb: “Ekoloji bilgilərin yeni nəslin təlim və tərbiyəsində xüsusi yeri var. Kənd yerlərində əhalinin ətraf mühitin korlanması, məişət tullantılarının yığılmasındakı çətinliklər, zibillərin hər yerə atılması, ağacların kəsilməsi, çayların çirkləndirilməsi və belə kəskin ekoloji durumun insanlara daha çox təsir etməsi günümüzün problemdir. Təəssüflər olsun ki, bir sıra hallarda problemlər sadəcə nəzəri baxımdan araşdırılır, hesabatlar yazılır, tədqiqatlar aparılır, amma əməli iş görülmür. Odur ki, hər sahədə kənd sakinlərinin maarifləndirilməsinə böyük ehtiyac duyulur”.

    Daha sonra Daşkəsən rayon İcra Hakimiyyətinin nümayəndəsi Ayaz Allahyarov, Əmircar kənd icra nümayəndəsi Bədəlov Rüfət, müavin Nadir Vasif və kənd sakinləri çıxışçılar kəndlərdə məişət, eləcə də təsərrüfat tullantıları üçün xüsusi yerlər ayrılmasının, daşınması və təkrar emalı istiqamətində ciddi addımların atılmasının vacibliyini vurğulayıblar. Çıxışçılar göstərdilər ki, kənd sakinləri həyətlərində toplanmış məişət və təsərrüfat tullantılarını xaotik şəkildə, münasib olmayan yerə atmaları, yandırmaları havaya zəhərli qazlar yayılmasına səbəb olur. Bunların nəticəsində potensial epidemiya ocaqları yaranır, az qala hər addımda ziyanlı, zəhərli tullantıların ərzaq və içməli su mənbələrinə qarışması təhlükəsi yaranır, ekologiya çirklənir, flora və faunaya ciddi ziyan dəyir, kənd təsərrüfatı məhsullarının təmiz, sanitar şəraitdə istehsalı sual altına alınır, insanların sağlamlığı təhlükə ilə üzləşir. Eyni zamanda kənddə qazın olması meşələrin qırılmasına səbəb olur. Layihənin ideyası Bakıdakı hazırlanaraq uğurla həyata keçirilən qabaqcıl təcrübələri eko-kampaniyaya çevirib bölgələrdə yaymaqla, ətraf mühitin qorunmasına kömək etməkdir.

    Qeyd edək ki, ictimai maarifçilik, ekoloji müzakirə formatında təşkil olunan təbliğat xarakterli söhbətlər, ekoloji bilgilərin yeni nəslin təlim və tərbiyəsində xüsusi yerini olması haqqında çağırışlar layihənin əsas hədəflərini geniş əhali kütləsinə çatdırmaq baxımından maraqla qarşılanıb








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR