Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində daha bir küçədə sürət həddi endirilib.
28 avqust tarixindən paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. Azadmedia.az xəbər verir ki, qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.