Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilmiş Laçın şəhərinə qaytarılması davam etdirilir.
Azadmedia az xəbər verir ki, avqustun 29-da Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park 3” yaşayış kompleksindən 46 nəfər keçmiş məcburi köçkündən ibarət daha 13 ailə yola salınıb.
Beləliklə, 247 ailə - 956 nəfər Laçına qayıdıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.