AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ erməniləri üçün yükü müşayiət edən çadır şəhərciyinə elektrik enerjisi verilib

  • + A
  • - A
  • 2-09-2023, 13:02

    Qarabağ erməniləri üçün yükü müşayiət edən çadır şəhərciyinə elektrik enerjisi verilib

    Əməkdaşları Qarabağ ermənilərinə humanitar yardım aparan yük maşınlarını müşayiət edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çadır şəhərciyinə elektrik enerjisi verilib.

    Azadmedia.az xəbər verir ki, “Ağdam-2” yarımstansiyasından Ağdam-Əsgəran-Xankəndi yolu ilə ərzaq karvanının dayandığı əraziyə qədər 1500 metr uzunluğunda elektrik verilişi xətti çəkilib.

    Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməni əsilli sakinlərə 40 ton un göndərib. Hazırda yük maşınları Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlılarının postundadır. Xankəndinə ərzaq yüklərinin çatdırılması üçün şərait yaradılması xahişi ilə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət göndərilib. Eyni zamanda separatçılar yükü buraxmaqdan imtina edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR