Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi 2023–cü ilin iyul ayından etibarən “Regionlarda müharibədən zərər cəkmiş şəxslərin sosial xidmətlərə əlçatanlığının təmini və onlara sosial-psixoloji reabilitasiya xidmətlərinin təşkili” adlı layihəsini uğurla həyata keçirir.
Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin mahiyyəti Regionlarda müharibədən zərər cəkmiş şəxslərə səyyar şəkildə psixoloji və sosial xidmət üzrə dəstək göstərilməsindən, sosial xidmət və sosial iş sahəsində həmin şəxslərlə işləyənlərin bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Layihə çərçivəsində Ağstafa və Tovuz rayonlarında müharibədən zərər cəkmiş şəxslərə müxtəlif testlər, metodlar və terapiyalar - MDR terapiyası, itki psixologiyası, psixi sağlamığın bərpası üzrə qrup terapiyası, keçmiş yaddaşın emosional çalarının məntiqi çalara bağlanması, hisslər üzərindən qrup terapiyası, keçmiş yaşantıların boşaldılması, keçmiş gərginliyin aradan qaldırılması, yaşadıqların danışılması və yazılması fərdi terapiyası, hər hansısa hala uyğun sualların verilməsi və cavabların təhlili terapiyası, həyacanın tənzimlənmə terapiyası vasitəsi ilə psixoloji reabilitasiya xidmətinin təşkili nəzərdə tutulub. Həmçinin müharibədən zərər cəkmiş şəxslərin sosial problemlərinin sosial işçilər tərəfindən öyrənilməsi, təhlil edilməsi, qiymətləndirilməsi, hər bir benifisar üçün anketlərin tərtib edilməsi və onların müxtəlif sosial xidmətlərə yönəldilməsi, layihə həyata keçirilən ərazilərdə sosial xidmət və sosial iş sahəsində müharibədən zərər cəkmiş şəxslərə işləyənlərin bilik və bacarıqların artırılması üçün maarifləndirici tədbirin təşkil edilməsi, benefsiarların sosial-psixoloji və sosial xidmət ehtiyaclarının öyrənilməsi və həmin ehtiyaclardan irəli gələn problemlərin müvafiq dövlət orqanları qarşısında qaldırılması nəzərdə tutulur.
Layihə ilə bağlı olaraq 23.09.2022-cı il tarixində Tovuz rayonunda sosial xidmət və sosial iş sahəsində müharibədən zərər cəkmiş şəxslərə işləyənlərin bilik və bacarıqların artırılması üçün maarifləndirici tədbir keçirilib. Tədbirdə AİİYM İB-nin sədri Ülvi Əliyev layihəsinin mahiyyəti və icra vəziyyəti barədə, lahiyənin hüquqşünası, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev sosial xidmətin hüquqi əsasları, layihənin psixoloqu Nigar Rüstəmova isə benefisarların müraciətləri və həmin mürəciətlər əsasında görülən işlərin mahiyyəti, müharibədən zərər cəkmiş şəxslərin sosial problemlərinin öyrənilməsi, təhlil edilməsi, qiymətləndirilməsi və onların müxtəlif sosial xidmətlərə yönəldilməsi prosesi barədə məlumat verib. Tədbirdə sosial xidmət anlayışı, əlilliyi olan və müharibədən zərər görmüş şəxslərlə iş metodologiyası, bu sahədə qanunvericilik və s. məsələlər geniş şəkildə müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.