AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəki şəhərində “Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihə çərçivəsində dəyirmi masa və sərgi təşkil edilib - FOTOLAR

  • + A
  • - A
  • 9-09-2023, 18:23

    Şəki şəhərində “Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihə çərçivəsində dəyirmi masa və sərgi təşkil edilib - FOTOLAR

    Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihənin iş planına uyğun növbəti ikinci tədbiri 8 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Şəki Regional Turizm İdarəsinin təşkilati dəstəyi ilə Şəki Şəhərindəki Yuxarı Karvansaray Otelində keçirilmişdir.

    Sözügedən layihənin əsas məqsədi sənətkarlıq ilə məşğul olan və bu sahəyə marağı olan şəxslərin peşəkar bacarıqlarının artırılmasına, onlar arasında sosial sahibkarlığın təşviqinə, sənətkarlıq üzrə regionlarda sahibkarların sayının artırılması və onların fəaliyyətinə dəstək olmaqdır.


    Tədbirin açılışında çıxış edən Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova "Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihənin məqsəd və vəzifələrindən ətraflı bəhs etmişdir.

    Sonra O, sənətkarların mövcud peşəkar bacarıqları və fəaliyyətinin cari vəziyyəti, qarşılaşdıqları çətinlikləri və təklifləri dinləyib mövzu ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə Şəki Regional Turizm İdarəsinin rəisi Vüqar Abbasov da iştirak edirdi.
    O, layihə çərçivəsində təşkil olunan dəyirmi masa iştirakçılarını və təşkilatçıları salamlayıb, layihənin əhəmiyyətindən danışdı.

    V.Abbasov əlavə etdi ki, Şəki şəhərində xüsusən agentliyin tabeliyində olan qoruqlar ərazisində fəaliyyət göstərən sənətkarların əl işlərinin yeni satış kanalları vasitəsilə satışına, mədəni irsin qorunması və unudulmuş sənətkarlıq növlərinin yaşadılması ilə inkişafına, həmçinin dövlətin bu istiqamətdə icra etdiyi proqramların və layihələrin reallaşmasına dəstək olmaq üçün həm Dövlət Turizm Agentliyi, həm də Şəki Regional Turizm İdarəsi mütəmadi olaraq öz səylərini göstərməkdədir. Sonra söz sənətkarlara və layihə çərçivəsində cəlb olunmuş “Leyla Xazari” Rəsm Qalereyasının təsisçisi və rəhbəri Leyla Xəzəriyə, layihənin mentoru Arif Nəcimova və digər qonaqlara verildi.

    Tədbir çərçivəsində keçirilən dəyirmi masada iştirakçılar mövzu ətrafında maraqlı fikirlərini paylaşmış, layihənin işçi qrupu tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Tədbir Şəki şəhərinin sənətkarların əl işlərindən ibarət sərgi ilə yekunlaşmışdır. Sərgidə Azərbaycan xalq sənət növlərinin, xüsusilə şəbəkə, xovlu tikmə, dulusçuluq, keramika, milli musiqi alətləri və ağac üzərində oyma, toxuma, milli üst geyim, milli mətbəxt rəssm, qədim tikmələr, yağlı boya əl işləri tədbir iştirakçıları və qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

    Qeyd edək ki, sözügedən layihə cari ilin iyul – sentyabr aylarını əhatə etməklə 2 regionda keçirilir və növbəti sonuncu tədbir Bakı şəhərində “Sənətkarlıqdan sosial sahibkarlığa” adlı sərgi-konfrans tədbirinin təşkili ilə yekunlaşacaq.

    Təşkilatın fəaliyyəti və gördüyü işlər barədə təqdim olunan linkdən əlavə məlumat əldə etmək olar: www.facebook.com/amiss.achci.azerbaijan


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR