Bu gün “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi Suraxanı rayonu Gənclər Evində “Vərəm və hava-damcı yolu ilə ötürülən digər İnfeksion xəstəliklərin profilaktikası mövzusunda gənclər arasında maarifləndirmə işi” mövzusunda təlim keçirib.
Birlikdən verilən məlumata görə, layihənin məqsədi gənclər və onların ailə üzvləri arasında vərəm və digər İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mexanizmləri barədə məlumatlılığın artırılması və müalicəyə bağlılığın səmərəliliyini yüksəltməklə yanaşı vərəm və digər infeksion xəstəliklərin profilaktikası, infeksion nəzarətin düzgün icra edilməsi və pasientlərin müalicəyə bağlılığının təmin olunmasının vacibliyini sadə şəkildə izah etməkdir.
Təlimə Suraxanı rayonunun gəncləri, onların yaxın ailə üzvləri cəlb olunaraq hava-damcı yolu ilə ötürülən xəstəliklərin yoluxdurma mexanizmlərini, xəstələnən zaman özlərinin və ətrafdakı insanların təhlükəsizliyinin təmin edilməsini və müalicə prosesində müalicəyə bağlılığın həm özlərinin, həm də ətrafdakıların sağlamlığının qorunmasında nə qədər əhəmiyyətli olması vurğulanıb.
Qeyd edək ki, cəmiyyətin gələcək potensialı olan gənclər və onların yaxınları bu bilgilərdən istifadə etməklə düzgün və ən əsası sona qədər müalicə alaraq xəstəliyə davamlı formaların yayılmasının və ətrafdakıları yoluxdurmamağın elmi yolları barədə məlumatlar dinlənilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.