1 iyul tarixindən Xəzər rayonunda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən "Xəzər rayonunda həssas qrupdan olan qadın və qızlar üçün kiçik sahibkarlıq və özünəməşgulluq fəaliyyətləri barədə maarifləndirmə tədbirlərinin təşkili" layihəsinin icrası davam edir.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.
Qeyd edək ki, layihənin müddəti 3 aydır. Layihə çərçivəsində fəaliyyətlər iyul - sentyabr aylarını əhatə edir. 75 qadının faydalanacağı layihənin əsas məqsədi Xəzər rayonunda həssas qrupdan olan qadın və qızları sahibkarlıq və özünəməşğulluq fəaliyyətləri barədə maarifləndirmək, bu fəaliyyətləri təbliğ etməkdir.
Layihə çərçivəsində davamlı olaraq bu istiqamətdə təlimlər keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.