Azərbaycanda turizm polisinin yaranması təklif edildi. Azadmedia.az xəbər verir ki, bu təkliflə ATBA-nın üzvü Mirsəməd Cəfərli Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum zamanı çıxış edib. COP-29 ərəfəsində imkanlar, çağırlşlar, turizm sənayesindən gözləntilərə həsr olunan panel müzakirəsi zamanı ATBA üzvü bildirib ki, son dövrlər ölkəyə gələn turistlərin çoxluğu, eyni zamanda COP-29-la əlaqəli ölkəyə gözlənənən minlərlə turizm axını bu təklifi zəruri edir. Əşyası oğurlanmış və digər xoşagəlməz hallarla qarşılaşan turistlərə daha çevik yardım etmək olar. O, bu təcrübəni səfərdə olduğu xarici ölkələrdə gördüyünü, çox yaxşı effekt verdiyini bildirib.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.