AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COP-29 ərəfəsində imkanlar, çağırlşlar, turizm sənayesindən gözləntilər

  • + A
  • - A
  • 11-01-2024, 14:15

    COP-29 ərəfəsində imkanlar, çağırlşlar, turizm sənayesindən gözləntilər

    Azadmedia.az xəbər verir ki, Bakı Konqres Mərkəzində “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum keçirilir. Rəsmi açılış və tədbir iştirakçılarının çıxışından sonra tədbir COP-29 ərəfəsində imkanlar, çağırlşlar, turizm sənayesindən gözləntilər və turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 ildə əldə olunan uğurlara həsr olunan panel müzakirəsi ilə davam edib.
    1000-ə yaxın iştirakçının qatıldığı tədbirdə maraqlı mövzular və suallar səsləndirilib. Çıxış edənlər Azərbaycanın turizm imkanlarından, qlobal iqlim dəyişiklərinin ölkənin turizm məkanlarına təsirindən danışıb.
    Tədbirdə iştirakçılara da söz imkanı tanındı. Bələdçilər bəzən tarixi abidələrin qapılarının bağlı qalmasından narahat olduqlarını nəzərə çatdırdı. İllərini turizm sahəsinin öyrənilməsinə həsr edən, öz turizm şirkətini yaradanlar da 2 aylıq kurs keçib turizmlə bağlı bizneslə məşğul olanları dələduz adlandırdı və məsələnin həllində əlaqədar orqanlardan kömək istədilər.
    Müzakirələr zamanı nəzərə çatdırıldı ki, noyabr adətən ölkə iqliminə görə turizm üçün sezon vaxtı hesab olunmur. Amma ölkəyə minĺərlə turist gələcək, işgüzar turizmin inkişafına diqqət artırılmalıdır. Turistlər ölkələrin tanıdılmasında çox böyük rol oynaır. Bələdçilərin peşəkarlığı artırılmalı, yemək, gəzməklə yanaşı tarixi yerlərin, tarixi abidələrin turizm marşrutlarına salınması ön plana çəkilməlidir.
    Elnurə Abuşova











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR