AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciəti

  • + A
  • - A
  • 14-01-2024, 04:28

    Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciəti

    Əziz piyadalar:

    - paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

    - yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;

    - qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;

    - çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;

    - balaca və asta addımlar atın;

    - pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;

    - pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

    - yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;

    - bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR