17-21 yanvar tarixlərində baş tutacaq sərgidə ziyarətçilər Qanlı Yanvar qurbanlarına aid şəxsi əşyalar, arxiv sənədlər, o cümlədən faciəni özündə əks etdirən müxtəlif materiallardan ibarət sərgi də təşkil olunacaq. Burada həmin gün dənizdə haqq savaşında ölüm-dirim mübarizəsi aparan dənizçilər haqqında məlumatlar da yer alacaq. Ziyarətçilər “Sabit Orucov” gəmisinə məxsus eksponatlarla yanaşı, hadisələr zamanı yaradılan “Kapitanlar şurası”nın 7 üzvündən biri, o dövrki SSRİ hərbi naziri Dmitriy Yazovla görüşən Müzəffər Əliyevə aid şəxsi əşyalarla da tanış ola biləcəklər.
Sərgi ərzində ASCO-nun təşəbbüsü ilə çəkilən və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan “20 yanvarda doğulanlar” bədii-sənədli film ziyarətçilərə təqdim ediləcək. 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqlar özündə əks etdirən ekran işi saat 12:00, 13:00, 14:00, 15:00, 16:00, 17:00 və 18:00 olmaqla, hər gün 7 dəfə nümayiş olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.