AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Partlayış səsi bütün ölkəni bürüyən sexin sahibi məlum oldu

  • + A
  • - A
  • 17-01-2024, 12:15

    Partlayış səsi bütün ölkəni bürüyən sexin sahibi məlum oldu

    Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən, partlayış baş verən mebel sexinin sahibi məlum olub. Sex ətrafında yaşayanların deməsinə görə partlayışı ölkəyə səs salan sexin sahibi tanınmış İbrahimov qardaşlarıdır.
    Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti, bir zamanlar Xəzərdə yaşayış binaları tikəcəyi utopiyası ilə medianı bəzəyən Hacı İbrahim Nehrəmli olub.
    Zavod illər əvvəl Tağı İbrahimov tərəfindən özəlləşdirilib.
    Xatırladaq ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib, axtarışlar davam edir.
    Ətrafda yaşayan qonşuların verdiyi məlumata görə dağıntılar arasında icarədar Zaur adlı şəxs qalmışdı. Partlayışdan sonra zəng edib ki, dağıntılar arasında qalmışam. Sonra zəng çatmayıb.
    İnanırıq ki, fhn əməkdaşlarının dağıntılar altından sağ çıxardığı 3 nəfərdən biri Zaur adlı icarədardır.
    Tağı İbrahimov imzası bir hadisəni xatırlatdı mənə. 1995-ci ildə Salyandan deputat seçilmək istəyirdi. O vaxt mən ali məktəbə daxil olmuşdum. Salyan rayonu ərazisində 1-ci kursa daxil olan bütün tələbələri Salyan İH binasında akt zalına toplayıb pulun məbləğini unutmuşam, "2 şirvan" pul verdi paketdə hər birimizə. Təbii ki, yaxşı əməl heç kimi məsuliyyətdən azad etmir. Son sözü istintaqın gedişi və məhkəmə deyəcək.
    Qeyd: Tağı İbrahimov Demokrat.az-a açıqlamasında sözügedən mebel sexinin sahibi olduğunu inkar edib: “Yanan mebel sexi mənim deyil, bunun bizimlə əlaqəsi yoxdur”.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR