Təhsil eksperti Kamran Əsədov ağır məktəbli çantalarından yazıb.Oxumaq çətin deyil, lakin bu proses çətindir. Yəni biz oxumaq üçün məktəbə gedənə qədərki prosesdə sağlamlığımız üçün təhlüklələr var. Birincisi çantadır.
Ağır çanta şagirdlərdə aşağıdakı xəstəlikləri yarada bilir:
* kifoz, skolioz, inkişafdan qalma, görmə problemi.
Çantanın çəkisində təsir göstərir:
*Boş çantanın özünün ağırlığı
*Kitablar (Sayları çox, çəkiləri normadan artıq)
*İş dəftərləri və köməkçi vəsaitlər
* Su, yemək qabları
*Qələm, karandaş və digər köməkçi vasitələr
Şagirdin daşıdığı çanda aşağıdakı çəkidən artıq olmamalıdır:
• 1-2-ci sinif şagirdləri üçün – 1,2 kq-dan;
• 3-4-cü sinif – 2,2 kq-dan;
• 5-6-cı sinif –2,2 kq-dan;
• 7-8-ci sinif –3,2 kq-dan;
• 9-11-ci sinif – 3,2- 3,7 kq-dan.
Nə etmək lazımdır:
* Çantanı bir çiyində, arxada və ya əldə daşımaq əvəzinə təkərli çantalara üstünlük vermək lazımdır.
* Dərsliklər şagirdlər üçün 2 nüsxədə çap edilməli, bir nüsxəsi məktəbdə, digəri evdə qalmalıdır ki, kitab daşınması yükü aradan qalxsın.